Xəbər verdiyimiz kimi, İstanbul Cumhuriyet Başsavcılığı tərəfindən aparılan narkotik və fahişəliyə təşviq istintaqı çərçivəsində keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.
Milli.Az xəbər veirr ki, əməliyyat İstanbul Emniyet Müdürlüğünün Narkotiklərlə Mübarizə Şöbəsi ilə koordinasiyalı şəkildə həyata keçirilib.
Saxlanılanlar arasında müğənnilər Murat Dalkılıç, Kaan Tangöze, aktyor İsmail Hacıoğlu və sosial media fenomeni Kemal Doğulu da var.
Şübhəlilərin evlərində aparılan axtarış zamanı ümumilikdə 52,46 qram marixuana aşkar edilərək götürülüb. İstintaq çərçivəsində 25 nəfər barəsində əməliyyat qərarı verilib, onlardan 17-si saxlanılıb, 8 nəfərin tutulması istiqamətində tədbirlər davam etdirilir.
Araşdırmalar davam etdirilir.
Saxlanılan şəxslərin siyahısı:
İsmail Hacıoğlu
Murat Dalkılıç
Kaan Tangöze
Hakan Tunçelli
Murat Cevahiroğlu
Barış Talay
Hakan Kakız
Kemal Doğulu
Murat Öztürk
Murathan Kurt
Nailcan Kurt
Alihan Taşkın
Tolga Sezgin
Ramazan Bayar
Aygün Aydın
Buse Görkem Narcı
İsmail Hacıoğlu
Furkan Koçan
Fidan
Milil.Az