Sumqayıtda binada yanğın olub - FOTO

17 Fevral 2026 00:49

Sumqayıt şəhərinin birinci mikrorayon ərazisində yerləşən yaşayış binasındakı mənzildə baş verən yanğın söndürülüb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, hadisə baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib.

Yanğın söndürülüb və digər mənzillərə keçməsinin qarşısı alınıb. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Milli.Az