AMB "Azercell"in "akart"ını cəzalandırdı

16 Fevral 2026 14:40

Azərbaycan Mərkəzi Bankı (AMB) "A-Solutions Elektron Pul Təşkilatı" MMC-yə icrası məcburi göstərişlər verib.

Milli.Az xəbər verir ki, şirkətə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşməsinə dair mübarizə, habelə informasiya təhlükəsizliyi, daxili nəzarət və risklərin idarə edilməsi sahələrində çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.

Qeyd edək ki, "A-Solutions Elektron Pul Təşkilatı" MMC Azərbaycan Respublikasının Mərkəzi Bankının 16 may 2024-cü il tarixli EPT-001 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir. Şirkətin əsas səhmdarı "Azercell Telekom" MMC-dir. 

Mehman Əsədov
Milli.Az