Rusiya-Ukrayna müharibəsində son durum AÇIQLANDI

16 Fevral 2026 17:52

Rusiya "Şərq Qüvvələri Qrupu" Ukraynanın cənub-şərqində, Zaporojye vilayətində irəliləyiş əldə edərək Tsvetkovo kəndini nəzarətə götürüb.

Milli.Az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyin açıqlamasına görə, vilayətin şərq hissəsində hücum əməliyyatları davam edir və Ukrayna tərəfi bu ərazini qorumaq üçün digər istiqamətlərdən təcrübəli bölmələrini göndərib. Rusiya tərəfi isə hücumları dəf etdiyini və qarşı tərəfin canlı qüvvə itkiləri verdiyini bildirir.

Fevral ayı ərzində Şərq Qüvvələri Qrupu həmçinin Staroukrainka, Pridorojnoye və Zalizniçnoye kəndlərini də nəzarətə alıb. Hazırda Rusiya qüvvələrinin Zaporojye vilayətinin təxminən 75 faizinə hakim olduğu bildirilir.

Asya
Milli.Az