Avropa İttifaqına üzv ölkələrin yaxın bir il ərzində yetkinlik yaşına çatmayanların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanunlar qəbul edəcəyi gözlənilir.
Milli.Az xəbər verir ki, bu barədə Ruminiya prezidentinin müşaviri Sorin Kostrey danışıb.
Onun sözlərinə görə, bir çox platforma asılılıq yaradır və bu məsələ tütün və alkoqol kimi zərərli vərdişlərlə eyni səviyyədə tənzimlənməlidir. Rumıniya da bu təşəbbüsü dəstəkləyən ölkələr sırasındadır.
Xatırladaq ki, ötən ilin sonunda Avstraliyada 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə çıxışını qadağan edən qanun qüvvəyə minib. Fransa və Danimarka da 2026-cı ildə oxşar addımlar atmağı planlaşdırır.
Asya
Milli.Az