Azərbaycanlı menecer "Yuventus"un oyununa təyinat alıb - FOTO

16 Fevral 2026 12:31

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb.

Milli.Az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

O, qadınlar arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Yuventus" (İtaliya) - "Volfsburq" (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq.

Görüş fevralın 19-da İtaliyanın Turin şəhərində yerləşən "Yuventus" stadionunda təşkil olunacaq.

Ayxan
Milli.Az