Növbəti köç karvanları Hadrut və Qırmızı Bazar qəsəbələrinə çatıb - YENİLƏNİB

16 Fevral 2026 13:34

Növbəti köç karvanları Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə çatıb.

Milli.Az xəbər verir ki, bu mərhələdə Hadruta 10 (47 nəfər), Qırmızı Bazara isə 20 ailənin (91 nəfər) qayıdışı təmin olunub./Report

Milli.Az

_______________

Saat - 12:21

Xocalı şəhəri, Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə ümumilikdə 60 ailədən ibarət növbəti köç karvanları yola salınıb.

Milli.Az xəbər verir ki, qeyd olunan yaşayış məntəqələrinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocalı şəhərinə 30 (149 nəfər), Hadrut qəsəbəsinə 10 (47 nəfər), Qırmızı Bazar qəsəbəsinə isə 20 ailənin (91 nəfər) qayıdışı təmin olunub./Report

Milli.Az