Bir müddət əvvəl səhhətində problem yarandığı üçün bir neçə gün efirə çıxa bilməyən Vüsalə Əlizadə haqda sosial şəbəkələrdə şayiələr yayılmışdı.
Milli.Az xəbər verir ki, onun müalicəyə deyil, İsveçrəyə getdiyi iddia olunurdu. Əlizadə ilk dəfə bu barədə üstüörtülü açıqlama verib.
Sənətçi "Pərvizə görə" proqramında Avropa vizasının olmadığını dilə gətirib. O, jurnalist Pərviz Hüseynin şengenlə bağlı atmacasına belə cavab verib:
"Mənim Avropa vizam yoxdur. Bircə dəfə Avropada olmuşam, o da bir aylıq vizayla Yunanıstana getmişəm. Koç Universiteti xəstəxanasında bir həftə müayinədə olduğum müddətdə böyük bir məbləğ xərcləmişəm".
Milli.Az