Restoranlarda buna görə də pul almağa başladılar - FOTO

16 Fevral 2026 12:00

Bakıda fəaliyyət göstərən "Pxali Xinkali" restoranının filiallarından birində müştəridən power bank istifadə etdiyinə görə əlavə ödəniş alınıb.

Milli.Az-ın məlumatına görə, ondan bunun üçün 2 manat ödəniş istənilib.

Müştəri qeyd edir ki, menyuda "power bank" xidmətinin qiyməti göstərilməyib.Ödəniş barədə əvvəlcədən niyə məlumat verilmədiyini soruşduqda isə həmin "power bank"ı hansı ofisiantın gətirdiyinin müəyyən olunmadığı bildirilib.

Şikayətçi 10 faiz servis haqqı tətbiq olunan bir restoranda bu vəziyyətin qəbuledilməz olduğunu vurğulayıb. Müştəri bu cür hallarla indiyədək qarşılaşmadığını da nəzərə çatdırıb.

Mina Mikayılova
Milli.Az