Kanalda 76 yaşlı kişi meyiti tapıldı

16 Fevral 2026 10:34

Ağdaşda kanalda meyit aşkarlanıb.

Milli.Az xəbər verir ki, hadisə Cüvə kəndi ərazisində baş verib. Meyiti tapılan şəxsin Cüvə kənd sakini 76 yaşlı Ənvər Məmmədov olduğu müəyyən edilib.

Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib./Apa

Milli.Az