Kifayət Mustafayeva UEFA nümayəndəsi təyin olundu

16 Fevral 2026 10:27

AFFA-nın Sosial Ətraf mühit dayanıqlılığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

Milli.Az xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Yuventus" (İtaliya) - "Volfsburq" (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq.

Görüş fevralın 19-da İtaliyanın Turin şəhərində yerləşən "Yuventus" stadionunda təşkil olunacaq.

Milli.Az