Hollivud ulduzu Ancelina Coli ABŞ-ı tərk edəcəyini açıqlayıb.
Milli.Az xəbər verir ki, aktrisa daha əvvəl uşaqlarının 18 yaşına çatmasını gözlədiyini bildirmişdi. Ən kiçik övladları - Knox Coli-Pitt və Vivienne Coli-Pitt bu il yetkinlik yaşına çatdıqları üçün proses sürətlənib.
Coli ABŞ-dəki ictimai və siyasi mühitdən narahatlığını ifadə edərək, ölkəsini sevdiyini, lakin hazırkı vəziyyətdə onu "tanımadığını" bildirib.
Məlumata görə, aktrisa yeni həyatını Avropada və ya başqa bir beynəlxalq məkanda qurmağı planlaşdırır. Rəsmi tarix isə açıqlanmayıb.
Milli.Az