Anasının verdiyi böyrək fəaliyyətini İTİRİB - Vüsaləyə 2-ci dəfə böyrək köçürüldü

16 Fevral 2026 09:15

Aparıcı Vüsalə Əlizadə ikinci dəfə böyrək köçürmə əməliyyatı olunduğunu bildirib.

Milli.Az xəbər verir ki, o, bu barədə "Pərvizə görə" proqramında danışıb.

Vüsalə bildirib ki, anasının ona verdiyi böyrək fəaliyyətini itirib. Bu dəfə ona böyrəyini bacısının həyat yoldaşı verib.

Əlizadənin ikinci böyrək əməliyyatı 8 il öncə baş tutub.

Milli.Az