Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə planlaşdırılan səfəri təxirə salınıb.
Milli.Az-ın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, səfər Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın səhhətində yaranmış problem səbəbindən təxirə salınıb.
Qeyd olunub ki, səfər ən uyğun vaxtda müəyyən ediləcək başqa bir tarixdə həyata keçiriləcək.
Milli.Az