Misirin şimalındakı Nil deltasında aparılan qazıntılar zamanı bəşəriyyət tarixi üçün böyük əhəmiyyət kəsb edən, təxminən 10 min il əvvələ aid yaşayış məskəni aşkar edilib. Bu tapıntı bölgədə kənd təsərrüfatı və məskunlaşma tarixini yenidən yazmağa imkan verir.
Milli.Az xəbər verir ki, kəşf edilən sahə Misirin klassik fironlar və piramidalar dövründən çox daha əvvələ - Neolit (Yeni Daş) dövrünə aiddir. Misir Turizm və Tarixi Abidələr Nazirliyinin verdiyi məlumata görə, bu yaşayış məskəni Misirdə kənd təsərrüfatının mənşəyini və insanların oturaq həyata keçid mərhələsini öyrənmək üçün əvəzsiz mənbədir.
Qazıntılar zamanı arxeoloqlar o dövrün insanlarının gündəlik həyatını əks etdirən müxtəlif əşyalar aşkar ediblər.
Alimlər bildirir ki, bu kəşf Nil deltasının minilliklər əvvəl necə bir iqlimə və ekosistemə sahib olduğunu anlamağa kömək edəcək. Yaşayış məskəninin bu qədər uzun müddət torpaq altında toxunulmaz qalması arxeoloqlar üçün böyük uğur hesab olunur.
Lalə Qüdrətova
Milli.Az