Çempionlar Liqasında bilet "od tutub yanır": Ən baha oyun haradadır?

15 Fevral 2026 20:35

Çempionlar Liqasında eyni gündə keçiriləcək oyunların bilet qiymətləri bəlli olub və rəqəmlər futbolsevərləri şoka salır.

Milli.Az xəbər verir ki, "Qalatasaray" - "Yuventus" matçı bilet qiymətlərinə görə zirvədə qərarlaşıb; bu görüş üçün ən ucuz bilet 38 avro, ən bahalısı isə rekord məbləğdə - 820 avrodur.

"Monako" - PSJ qarşılaşmasında qiymətlər 39-189 avro, "Benfika" - "Real Madrid" matçında isə 45-120 avro arasında dəyişir. Günün ən münasib oyunu isə Dortmundda keçiriləcək "Borussiya" - "Atalanta" görüşüdür ki, burada ən ucuz bilet cəmi 18,5 avrodur.

Sergen Dağın təqdim etdiyi məlumatlara görə, İstanbuldakı nəhəng duel bu turun maliyyə baxımından ən ağır oyunu hesab olunur. (Fanat.Az)

Milli.Az