Bu börək növü həm dadlı, həm də zülalla zəngindir. Hazırlanması sadədir və çay süfrələrinə çox yaraşır.
Milli.Az lazım olan məhsulları təqdim edir:
Yuxa: 3 ədəd hazır yuxa.
İçlik üçün:
1 stəkan yaşıl mərcimək (qaynanmış).
1 ədəd soğan (xırda doğranmış).
2-3 xörək qaşığı duru yağ.
Duz, istiot, pul bibər (zövqə görə).
Yarım dəstə cəfəri (isteğe bağlı).
Sousu üçün:
Yarım stəkan duru yağ.
Yarım stəkan süd və ya qatıq.
1 ədəd yumurta (ağı sousa, sarısı üzərinə).
Hazırlanma qaydası:
Əvvəlcə yaşıl mərciməyi yumşalana qədər suda bişirin və suyunu süzün. Tavada xırda doğranmış soğanı duru yağda qızılı rəng alana qədər qovurun. Üstünə bişmiş mərciməyi və ədviyyatları əlavə edib bir neçə dəqiqə də qarışdırın. Ocaqdan götürüb soyumasını gözləyin (istəsəniz sonda üzərinə xırda doğranmış cəfəri əlavə edə bilərsiniz).
Sousun hazırlanması - Bir qabda südü (və ya qatığı), duru yağı və yumurtanın ağını yaxşıca qarışdırın.
Birinci yuxanı masanın üzərinə yayın və hazırladığınız sousdan hər tərəfinə çəkin. Üzərinə ikinci yuxanı qoyun və yenə souslayın. Yuxaları üçbucaq şəklində (siqaret bərəyi kimi) 8 və ya 12 hissəyə bölün.
Hər üçbucağın geniş hissəsinə hazırladığınız mərcili içlikdən qoyun və yanlarını qatlayaraq çox sıx olmadan bükün.
Hazırladığınız börəkləri yağlı kağız sərilmiş soba qabına (listə) düzün. Üzərinə ayırdığınız yumurta sarısını çəkin. Arzu etsəniz, üzərinə küncüt və ya qaraçörəkotu səpə bilərsiniz. 180°C dərəcə qızdırılmış sobada üzəri qızarana qədər (təxminən 25-30 dəqiqə) bişirin.
Börəklərin daha çıtır (xırtıldayan) olması üçün sousun içərisinə bir neçə damcı sirkə və ya bir az qabartma tozu əlavə edə bilərsiniz.
Lalə Qüdrətova
Milli.Az