Heydər Əliyev Sarayında “Bakı gecələri” adlı möhtəşəm musiqi axşamı keçiriləcək

14 Fevral 2026 18:02

24 fevral tarixində paytaxtın ən mötəbər səhnələrindən birində - Heydər Əliyev Sarayında "Bakı gecələri" adlı möhtəşəm musiqi axşamı keçiriləcək. Gecə Azərbaycanın görkəmli sənətkarı Vaqif Əsədovun yaradıcılığına həsr olunub.

Yaradıcılıq axşamında Xalq artistləri Eyyub Yaqubov, İlqar Muradov, Heydər Anatollu, Arzu Rzayev və digər tanınmış ifaçılar səhnəyə çıxaraq sənətkarla birlikdə onun ən sevilən və yaddaşlara həkk olunmuş mahnılarını təqdim edəcəklər.

"Bakı gecələri" təkcə konsert deyil, həm də nostalji dolu musiqi səyahəti olacaq. Tamaşaçıları canlı ifa, xüsusi səhnə tərtibatı, zəngin musiqi proqramı və sürpriz duetlər gözləyir. Gecədə Vaqif Əsədovun illər boyu formalaşmış sənət yolu, Azərbaycan estradasına verdiyi töhfələr və onun musiqisinin nəsilləri birləşdirən ruhu xüsusi vurğulanacaq.

Biletlər https://iticket.az/events/concerts/baku-nights-

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az