Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

14 Fevral 2026 18:40

Azərbaycanın avtomobil yollarında fevralın 14-də müşahidə ediləcək vəziyyət açıqlanıb.

Bu barədə Milli.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Belə ki, gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Milli.Az