Dəm qazı FACİƏSİ: baba və 1 nəvəsi öldü, 4-ü zəhərləndi - YENİLƏNİB

14 Fevral 2026 19:14

Naxçıvanda dəm qazı sızması nəticəsində xəstəxanaya yerləşdirilən azyaşlılardan biri dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, uşaqların hamısı Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına köçürülüb.

Onlardan biri 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov xəstəxanada dünyasını dəyişib.

----------

Naxçıvanda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsi, ev 12 ünvanında qeydə alınıb.

Belə ki, Ordubad rayonu Aşağı Əylis kənd sakini 1994-cü il təvəllüdlü Məsimov Oruc Məhərrəm oğlu dəm qazından boğularaq həyatını itirib.

Onun övladları - 2020-ci il təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov dəm qazından zəhərləniblər.

Onlar Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az