Bir neçə oyunu buraxan portuqaliyalı ulduz "Əl-Nəsr"in düşərgəsinə geri dönüb.
Milli.Az xəbər verir ki, o, Səudiyyə çempionatının 22-ci turunda "Əl-Fateh"ə qarşı keçiriləcək matçda iştirak edəcək.
Ronaldo daha əvvəl "Əl-Riyad" və "Əl-İttihaad"a qarşı liqa oyunlarını, həmçinin Asiya Çempionlar Liqasında "Arkadag"la görüşü boykot etmişdi.
Məlumata görə, futbolçu Suveren Fondu (PIF) tərəfindən klubun idarə olunmasından narazıdır və çempionluq mübarizəsində ədalətsizliklərin olduğunu düşünür. O, həmçinin Karim Benzemanın "Əl-Hilal"a keçidinə etiraz edib.
Milli.Az