Trampdan Venesuela ilə bağlı mühüm açıqlama

14 Fevral 2026 12:12

ABŞ prezidenti Donald Tramp ABŞ ilə Venesuela arasındakı münasibətləri yüksək qiymətləndirib.

Milli.Az xəbər verir ki, o, bildirib ki, iki ölkə arasındakı əlaqələr "çox yaxşıdır" və gələcəkdə Venesuelaya səfər etməyi planlaşdırır.

Tramp ABŞ-Venesuela münasibətlərini 10 bal üzərindən 10 balla dəyərləndirdiyini deyib. O, xüsusilə enerji və neft sektorunda əməkdaşlığın önəmli olduğunu vurğulayıb.

Bununla belə, Ağ Ev hələlik Rodrigez hökumətinin tanınması ilə bağlı ABŞ siyasətində rəsmi dəyişiklik olub-olmadığı barədə ətraflı açıqlama yaymayıb.

Qeyd edək ki, Tramp bu səfərin 1997-ci ildən bu yana ABŞ prezidentinin Venesuelaya ilk səfəri olacağını qeyd edib.

Fidan
Milli.Az