Gənclər bərbad yollar səbəbindən bu kəndi tərk edir

14 Fevral 2026 12:27

Oğuz rayonunun Sincan kəndində yaşayan sakinlər yol probleminin onları ciddi çətinliklərlə üz-üzə qoyduğunu deyirlər.

Milli.Az xəbər verir ki, onların sözlərinə görə, yolların bərbad vəziyyətdə olması gündəlik həyatı çətinləşdirir, gənclər isə bu şəraitə dözməyərək kəndi tərk edirlər.

Sakinlərdən biri qeyd edib ki, kənd yollarına nəzarət edən yoxdur və bu baxımsızlıq insanları bezdirib. Digər vətəndaş isə avtomobilini ayda bir neçə dəfə təmir etdirməyə məcbur qaldığını bildirib. Onun sözlərinə görə, yolun üzərinə heç olmasa çınqıl tökülməsi vəziyyəti qismən yaxşılaşdıra bilər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirib ki, Sincan kəndinə gedən yolun yenidən qurulması diqqət mərkəzindədir. Qurumdan verilən məlumata görə, layihə artıq İnvestisiya Proqramına daxil edilib və maliyyə ayrıldıqdan sonra əsaslı təmir işlərinə başlanılacaq.

Asya
Milli.Az