Mahir Emrelidən xəbər var

14 Fevral 2026 12:37

Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən Azərbaycan yığmasının üzvü Mahir Emreli zədəsini sağaldıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, komanda ilə tam məşqlərə qoşulub. 

Millimizin forvardı Bundesliqanın 22-ci turunun "Qroyter"ə qarşı keçiriləcək matçında meydanda ola bilər. 

Komandanın baş məşqçisi Torsten Liberkneht alman mətbuatına açıqlamasında Emreli barədə bunları deyib: "Görünür, o, tədricən daha çox şey edə bilər".

Milli.Az