Ayselə canlı yayımda sevgi təklifi GƏLDİ - VİDEO

14 Fevral 2026 16:08

Müğənni Aysel Əlizadə gözlənilmədən canlı yayım zamanı romantik sürprizlə qarşılaşıb.

Milli.Az xəbər verir ki, proqram əsnasında sənətçiyə böyük gül dəstəsi göndərilib və buketin üzərində sevgi dolu sözlər yer alıb.

Güllərin içində yazılan mesajda romantik ifadələr diqqət çəkib. Bu jest qarşısında Aysel Əlizadə təəccübünü gizlədə bilməyib və studiyada həyəcanlı anlar yaşanıb. Sənətçi bir müddət nə deyəcəyini bilməyərək gülümsəyib və təşəkkürünü bildirib.

Sevgi təklifini edən şəxsin kimliyi isə açıqlanmayıb. Məhz bu məqam sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər müxtəlif ehtimallar irəli sürərək, sürprizin arxasında kimin dayandığını maraqla müzakirə ediblər.

Canlı efirdə yaşanan bu romantik an qısa zamanda sosial mediada yayılıb və çoxsaylı baxış, rəy və bəyənmə toplayıb.

Musa
Milli.Az