Medina Masallıya “gedir” - VİDEO

13 Fevral 2026 23:36

"Qarabağ"ın təcrübəli müdafiəçisi Kevin Medina sosial şəbəkə hesabında maraqlı görüntülər paylaşıb.

Milli.Az xəbər verir ki, kolumbiyalı futbolçu instaqram hesabında komanda yoldaşları ilə əyləncəli anlarını izləyiciləri ilə bölüşüb. 

Videoda futbolçuların Medinanı yük arabasında daşıdığı, müdafiəçinin isə bu vəziyyətə yumorla yanaşaraq "Masallıya gedirəm" (Off to Masalli) qeydini əlavə etməsi diqqətdən yayınmayıb.

Milli.Az