Ağcabədidə ağır qəza - ölən və yaralananlar var - FOTO

13 Fevral 2026 23:14

Ağcabədi rayonunda bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza olub.

Milli.Az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

İlkin məlumata görə, üç minik avtomobilinin iştirakı ilə qeydə alınan hadisə nəticəsində ölən və yaralananlar var.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

Milli.Az