İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir

13 Fevral 2026 22:28

Biz Birləşmiş Millətlər Təşkilatının tamamilə iflic vəziyyətə düşdüyünü görürük. O, hər hansı bir məsələyə təsir göstərə bilməyəcək. Alternativ də yoxdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibəsində deyib.

"Ümidvarıq ki, biz birgə fəaliyyət zamanı daha çox sağlam düşüncəni görəcəyik. Çünki yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir. Yeni dünya nizamı sivil dünyanın münasibətləri və beynəlxalq nizamın yeni mexanizmləri deməkdir", - deyə dövlətimizin başçısı vurğulayıb.

Milli.Az