2024/25-ci illər mövsümünü əhatə edən UEFA Millət Liqası turnirində milli assosiasiyalara veriləcək maddi vəsaitin həcmi müəyyənləşib.
Milli.Az xəbər verir ki, müvafiq rəqəmlər UEFA tərəfindən cari mövsüm üçün dərc edilmiş rəsmi maliyyə hesabatında öz əksini tapıb.
Sənədə istinadən, C Liqasında mübarizə aparan Azərbaycan milli komandası turnirdəki iştirakına görə 1 milyon 125 min avro məbləğində gəlir qazanıb.
Milli.Az