"Sabah" klubu iki futbolçusu ilə yollarını ayırdı

13 Fevral 2026 19:17

"Sabah" klubu iki futbolçusu ilə yolları ayırıb.

Milli.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub komandanın qolkiperi Rüstəm Samiqullin və hücum xəttinin oyunçusu Camal Cəfərovla əməkdaşlığa son qoyub.

Klub rəhbərliyi hər iki oyunçuya komanda naminə göstərdikləri xidmətlərə görə minnətdarlığını bildirib və onlara gələcək peşəkar karyeralarında nailiyyətlər arzulayıb.

Milli.Az