Bakıda yük avtomobilindən yarım ton benzin oğurlayıb, öz maşınına tökdü

13 Fevral 2026 16:23

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində "MAN" markalı yük avtomobilindən 490 litr yanacaq oğurlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilir ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı R.Cahangirov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, R.Cahangirov oğurladığı yanacağı eyni markadan olan öz yük maşınının çəninə töküb. R.Cahangirov barəsində toplanan material məhkəməyə göndərilib. O, 30 gün müddətinə inzibati qaydada həbs edilib./Trend

Milli.Az