Niderland təmsilçisi "Feyenoord" heyətini ulduz futbolçu ilə gücləndirib. Klub İngiltərə millisinin sabiq üzvü Rahim Sterlinq ilə müqavilə bağlayıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı vingerlə mövsümün sonunadək nəzərdə tutulan razılaşma əldə olunub. Transfer barədə rəsmi açıqlama klubun mətbuat xidməti tərəfindən verilib.
Qeyd edək ki, Sterlinq ötən ay Chelsea ilə müqaviləsinə xitam vermişdi. Təcrübəli futbolçu karyerası ərzində İngiltərədə "Liverpul", "Mançester Sity" və "Arsenal" kimi klubların formasını geyinib.
Hüseyn
Milli.Az