Azərbaycanda bu ailələrə pulsuz üçotaqlı ev VERİLƏCƏK

13 Fevral 2026 09:16

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Neftçala rayonunda hər biri üç otaqdan ibarət 20 mənzil alınması üçün tender elan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, mənzillərin Agentliyi şəhid ailələri və əlilliyi olan şəxslərə verilməsi nəzərdə tutulub.

Xidmət tərəfindən 20 mənzilin alınması müqabilində 1 milyon 980 min manat ödəniş edilməsi nəzərdə tutulur.

Milli.Az