"İngilis dili müəlliməsiyəm, qutab-peraşki də bişirirəm" - Şəhid Teymur Abbasovun xanımı - VİDEO

13 Fevral 2026 12:45

Şəhid Teymur Abbasovun xanımının açıqlaması marağa səbəb olub.

Milli.Az xəbər verir ki, "İngilis dili müəlliməsiyəm. Qutab, peraşki bişirirəm" sözləri ilə diqqət çəkən şəhid xanımı həyatından və yaşadığı çətinliklərdən danışıb. O, bildirib ki, hazırda həm müəllimlik edir, həm də müxtəlif yeməklər bişirir.

Açıqlaması zamanı o, həyatının dəyişdiyini və bu taleyi özü seçmədiyini vurğulayıb:

"Bu həyatı özüm seçməmişəm, məcburam bu həyatı yaşamağa. Mən həyat yoldaşımın adını daşıyıram. Həyatdakı stimulum həyat yoldaşımın uca adıdır".

Şəhid xanımı qeyd edib ki, onun üçün ən böyük motivasiya mərhum həyat yoldaşının xatirəsini layiqincə yaşatmaqdır. O, bütün çətinliklərə baxmayaraq, övladları üçün ayaqda qalmağa çalışdığını deyib.

İzləyicilər şəhid ailəsinə dəstək mesajları yazaraq, onun gücünə və iradəsinə heyran olduqlarını bildiriblər.

Musa
Milli.Az