“Nərimana görə mən "ağız açmışdım"" - FOTO

13 Fevral 2026 10:10

Aktyor Elcan Rəsulov sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, onun futbolçumuz Nəriman Axundzadə ilə bağlı etdiyi zarafat izləyicilərin marağına səbəb olub.

Sənətçi süni intellekt vasitəsilə ABŞ-də forma geyinən L. Messi ilə fotosunu paylaşaraq Nərimana görə "ağız açdığını" bildirib. O, paylaşımına belə bir qeyd əlavə edib:

"Nərimana görə mən ağız açmışdım, gözləyirdim ki, alınsın, sizə deyim."

Aktyorun bu zarafatyana paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Hüseyn
Milli.Az