Pezeşkianın aldığı maaş hər kəsi təəccübləndirdi

12 Fevral 2026 21:43

İran Prezidenti Məsud Pezeşkian Gülüstan əyalətində tibbi xidmətlərlə bağlı keçirilən görüşdə aldığı əməkhaqqı ilə bağlı diqqətçəkən açıqlama verib.

Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalınməlumat yayıb.

O, bildirib ki, milli valyutanın dəyərdən düşməsi səbəbindən aylıq gəliri təxminən 1 000 dollar təşkil edir.

Pezeşkian qeyd edib ki, həkimlərin keyfiyyətli xidmət göstərə bilməsi üçün onların normal maaş alması vacibdir.

"Əvvəllər həkim kimi ayda təxminən 6 000 dollar qazanırdımsa, indi prezident kimi təxminən 1 000 dollar maaş alıram", - deyə o, vurğulayıb.

Milli.Az