Naxçıvan Kənd Təsərrüfatı Nazirliyinə 20 yeni vəzifə verildi

12 Fevral 2026 19:15

Naxçıvan Kənd Təsərrüfatı Nazirliyinin (KTN) vəzifələri artırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq fərman imzalayıb.

Fərmana əsasən, KTN "Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə" ilə müəyyən edilən fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirəcək:

Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına daxil edilmiş nadir və nəsli kəsilməkdə olan balıq və digər su bioresurslarının qorunması üçün müvafiq rejim və xüsusi mühafizə olunan su sahələri (akvatoriyalar) müəyyən etmək.

​Milli.Az