Sumqayıtda ayaqqabı təmir məntəqəsi yanır - VİDEO

12 Fevral 2026 19:13

Sumqayıtın 45-ci məhəllə adlanan hissəsində yerləşən ayaqqabı təmir məntəqəsində yanğın qeydə alınıb.

Milli.Az report-a istinadən xəbər verir ki, FHN-in yanğınsöndürmə briqadaları alovun qarşısını almağa çalışır.

Yanğının digər obyektlərə keçmə təhlükəsi var. Ərazidə bir neçə ağacın da yandığı bildirilir.

Milli.Az