Madaqaskarda milli fəlakət rejimi elan olundu

12 Fevral 2026 17:46

Madaqaskarda 30-dan çox insanın həyatına son qoyan "Gezani" siklonu ilə əlaqədar milli fəlakət rejimi elan edilib.

Milli.Az xəbər verir ki, bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, elan olunmuş rejim hakimiyyət orqanlarına daha səmərəli qərarlar qəbul etməyə və əməliyyatları daha yaxşı əlaqələndirməyə imkan verir.

Madaqaskar qanunvericiliyinə əsasən, milli fəlakət rejimi 15 gün müddətində qüvvədə ola bilər və bu müddətin uzadılması imkanı mövcuddur.

Qeyd edək ki, siklonun adaya daxil olması nəticəsində 36 nəfər həlak olub, 374 nəfər xəsarət alıb, 6 nəfər isə itkin düşmüş hesab olunur.

Ümumilikdə 9 min nəfər evini tərk etməyə məcbur olub.

Milli.Az