Tailand 93 ölkənin vətəndaşları üçün vizasız qalma müddətini 60 gündən 30 günə endirməyi planlaşdırır.
MillI.Az xəbər verir ki, Turizm və İdman Nazirliyi bu qərarın turizm sektoruna ciddi təsir göstərməyəcəyini bildirir. Qeyd olunur ki, əcnəbi turistlər ölkədə orta hesabla 21 gün qalırlar və onların əksəriyyəti bir aydan artıq müddət keçirmir.
Rəsmilər əlavə ediblər ki, 30 gündən çox qalmaq istəyənlər müddətin uzadılması üçün müraciət edə bilərlər. Turizm sənayesi nümayəndələrinin sözlərinə görə, uzaq ölkələrdən gələnlər Tailandda əsasən 14-21 gün, qonşu ölkələrdən gələnlər isə təxminən bir həftə qalırlar.
Tailand Səyahət Agentləri Assosiasiyası isə ölkədə qeyri-qanuni işləyən və biznes fəaliyyəti göstərən əcnəbilərin sayının artdığını vurğulayıb.
Asya
Milli.Az