Müğənni Nazənin konsert fəaliyyəti ilə bağlı gözlənilməz açıqlama verib.
Milli.Az xəbər verir ki, sənətçi bundan sonra solo konsert proqramı ilə çıxış etməyəcəyini bildirib.
Nazənin deyib ki, hər konsert ərəfəsində həyatında faciəli hadisələr baş verib:
"Hər konsertimdə faciələr olub. Birində anamı itirmişəm, birində atamı. Rusiyada konsert afişalarımız vurulub, ya təyyarə ilə bağlı problem olub, ya gedəcəyimiz yerdə partlayış xəbəri çıxıb. Bəlkə də Allahdan bir işarədir. Hər dəfə konsert vaxtı əzizimi itirmişəm".
Müğənni qeyd edib ki, yeganə uğurlu konsertlərini illər əvvəl verib:
"O vaxt Şəhriyar adına Mədəniyyət Sarayında üç gün ardıcıl konsert verdim, çox böyük izdiham vardı. Həmin konsertdən başqa konsertlə bağlı uğurum olmayıb".
Nazənin artıq belə risk etmək istəmədiyini vurğulayıb:
"Artıq əzizlərimi itirməkdən qorxuram. Keçən il konsertə hazırlaşmışdım, geyimlərə qədər hər şey hazır idi, yeni mahnılar yazdırmışdıq. Amma elə hadisə oldu ki, baş tutmadı. Artıq olanlardan dərs alıram".
Sənətçinin bu sözləri sənət camiəsində və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Musa
Milli.Az