16 yaşlı qızla yazışan bələdiyyə sədri İŞDƏN ÇIXARILDI

12 Fevral 2026 17:10

Türkiyədə 16 yaşlı qız uşağını mesaj vasitəsilə təqib edən CHP-li bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir

Türkiyənin Daxili İşlər Nazirliyi 16 yaşlı qız uşağına mesaj yazaraq onu təqib edən Giresunun Görele rayonunun CHP-li bələdiyyə sədri Hasbi Dedenin vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.

Açıqlamada bildirilib ki, Giresunun Görele rayonunun CHP-li bələdiyyə sədri Hasbi Dede davam edən istintaqın düzgün aparılması məqsədilə vəzifəsindən kənarlaşdırılıb və aşağıdakı məlumatlar təqdim olunub:

"Konstitusiyanın 127-ci maddəsi və 5393 saylı Bələdiyyə Qanununun 47-ci maddəsinin Nazirliyimizə verdiyi səlahiyyətə əsasən; barəsində məhkəmə və inzibati araşdırmalar davam edən Görele bələdiyyə sədri Hasbi Dede müvəqqəti tədbir olaraq vəzifəsindən uzaqlaşdırılıb."

Milli.Az