Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən "World Defence Show 2026" sərgisi keçirilir.
Sərgidə "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 127 adda, həmçinin Azərbaycanın "6LSystems", "RD Smart", "Q-STP", "Synapline", "USH Group" və "İTX Motors" şirkətlərinin 53 adda müasir hərbi məhsulları nümayiş olunur.
Milli.Az-ın əldə etdiyi məlumata görə sərgidə ilk dəfə Azərbaycanın istehsal etdiyi, şərti adı "Turan 3" olan avtomatı da nümayiş etdirilir.
Bu silah həm ortaməsafəli snayper, həm də avtomat kimi istifadə oluna bilər. Silah 308 kaliberdə, NATO 7.62×51mm kaliberdə layihələndirilib.
Ayxan
Milli.Az