Aleksandr Bayramov faciəli şəkildə öldü

12 Fevral 2026 14:55

Bakıda daha bir nəfər dəm qazından ölüb.

Milli.Az xəbər verir ki, bədbəxt hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.

Ötən gecə saat 23 radələrində 1999-cu il təvəllüdlü Aleksandr Valeriyeviç Bayramov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

​Milli.Az