Fuad Qəhrəmanlının pul almasının görüntüləri... - VİDEO

12 Fevral 2026 14:20

Dövlət Təhlükəsizliyi Xidməti Fuad Qəhrəmanlının pul almasının görüntülərini yayıb.

Milli.az xəbər verir ki, DTX-nın Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə cinayət işi üzrə bu gün yaydığı məlumatla bağlı görüntülərdə Fuad Qəhrəmanlının pul alması barədə görüntülər də yer alıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlının 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkə vətəndaşı Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürən "Demokratik Qüvvələrin Milli Şurası" (Milli Şura) adlı təşkilat yaratdıqdan sonra xarici xüsusi xidmət orqanlarının maddi yardımı və digər formalarda təşkilati dəstəyi ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi iğtişaşların törədilməsi, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olunmaması, ictimai qaydanın, nəqliyyat, müəssisə, idarə və təşkilatların işinin pozulması üçün Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə olunan pulları almasının görüntüləri yayılıb.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az