ABŞ-nin "Kolumbus Kryu" komandasına keçid edən Nəriman Axundzadə hələlik əsas heyətdə çıxış etməyəcək.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məşqçilər heyətinin verdiyi qərara əsasən, futbolçu bir müddət əvəzedici komandanın şərəfini qoruyacaq.
"Kolumbus Kryu" mövsümdəki ilk qarşılaşmasını martın 2-də səfərdə "Nyu York Red Bulls" kollektivinə qarşı keçirəcək.
Qeyd edək ki, azərbaycanlı oyunçu "Kolumbus Kryu" sıralarına "U22 Initiative" proqramı vasitəsilə qoşulub. Onun yeni komandası ilə imzaladığı müqavilənin müddəti 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
"U22 Initiative" proqramına daxil olan oyunçuların transferi klublar üçün azaldılmış büdcə xərcləri ilə həyata keçirilir. Belə ki, bu halda futbolçunun maaşı və transfer məbləği klubun ümumi maaş limitinə daha az vəsait kimi hesablanır və bu da gənc istedadların heyətə cəlb edilməsini asanlaşdırır.
Xatırladaq ki, 2021-ci ildən etibarən "Qarabağ"ın formasını geyinən Nəriman Axundzadə bu müddət ərzində rəqib qapılarına 35 qol vurub və 17 məhsuldar ötürmə ilə yadda qalıb. 2023-cü ildən Azərbaycan millisində oynayan hücumçu yığma komandada hələ qol sevinci yaşamayıb.
Milli.Az