Ramiz Mehdiyevin evindən çıxan milyonlar - VİDEO

12 Fevral 2026 13:23

Xəbər verdiyimiz kimi, dövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməlləri ilə bağlı araşdırma tədbirləri həyata keçirilir.

Milli.Az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidməti Ramiz Mehdiyevlə bağlı məlumat yayıb.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə cinayət yolu ilə qazanılmış əmlakın leqallaşdırılması ilə bağlı verilmiş ittihamın həcmi açıqlanıb.

Açıqlamada bildirilir ki, istintaq materiallarına əsasən, Ramiz Mehdiyevin 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edildiyi iddia olunan 17 milyon manatdan artıq vəsaiti leqallaşdırdığı müəyyən edilib.

DTX-nin yaydığı videomaterialda keçmiş administrasiya rəhbərinin evində aparılan əməliyyat tədbirlərinin görüntüləri də əks olunub.

İstintaq tədbirləri davam etdirilir.

Milli.Az