Vəfat edən şəxsin pensiyasını hansı hallarda almaq OLAR?

12 Fevral 2026 13:44

Vəfat etmiş şəxsin pensiyasını almaq mümkündür.

Milli.Az xəbər verir ki, bu, "Əmək pensiyaları haqqında" Qanunla tənzimlənir.

Qanuna əsasən, qadının vəfat etmiş ərinin pensiyasını ala bilmək hüququna malik olması üçün o, ya pensiya yaşına çatmalı, ya da orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən olunmuş şəxs statusuna malik olmalıdır.

Əgər qadın vəfat etmiş şəxsin səkkiz yaşına çatmamış uşaqlarına, bacılarına, qardaşlarına və ya nəvələrinə baxırsa və işləmirsə, bu zaman vəfat etmiş ailə başçısının pensiyasını almaq hüququna malikdir.

Mina Mikayılova
Milli.Az