Soyuqda göz yaşarması təhlükə siqnalıdır? - Diqqət yetirilməli məqamlar

12 Fevral 2026 15:07

Şaxtalı və küləkli hava göz səthini qıcıqlandıraraq reflektor şəkildə göz yaşı ifrazını artırır.

Milli.Az xəbər verir ki, soyuq temperatur gözün səthində quruluq yaradır və orqanizm bunu kompensasiya etmək üçün daha çox göz yaşı istehsal edir. Bu, gözün özünü qoruma mexanizmidir.

Bundan əlavə, soyuq hava göz yaşı kanallarının müvəqqəti daralmasına səbəb ola bilər. Nəticədə göz yaşı normal şəkildə burun boşluğuna axmır və çölə doğru axır.

Mütəxəssislər bildirirlər ki, göz yaşarması yalnız soyuq havada baş verirsə, bu, adətən normal hal sayılır.

Lakin sulanma ilboyu davam edərsə və ya qızartı, yanma, qaşınma kimi əlamətlərlə müşayiət olunarsa, oftalmoloqa müraciət etmək tövsiyə olunur.

Milli.Az