Lənkəranda övladını həbsdən qurtarmaq istəyən M.Məmmədova dələduzluqla üzləşib.
Milli.Az xəbər verir ki, M.Məmmədovanın qızı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. M.Məmmədova ilkin mərhələdə qızının cəzasının azadılması, daha sonra isə azadlığa buraxılması üçün yollar arayıb.
Vaxtilə hüquq-mühafizə orqanlarından çalışan və qohumu vasitəsi ilə tanıdığı bir nəfər bu məsələdə ona yardım edəcəyini deyərək hissə-hissə olmaqla ondan 34 000 manat pul alıb. Lakin verdiyi vədi yerinə yetirməyib.
Hüquq-mühafizə orqanlarına müraciətdən sonra həmin şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Müttəhim məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilib.
O, məhkəmənin hökmü ilə 3 il 10 ay 2 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib./Qaynarinfo
Milli.Az